Lifti işləməyən binanın ətrafı zibilxanaya dönüb

  • 18.07.2019
  • 0

Xırdalan şəhərində yerləşən “Xırdalan City” yaşayış binasının sakinləri şikayətçidirlər.

Bizimyol.info xəbər verir ki, şikayətçilər yaşayış binasının arxa tərəfində olan zibilxanadan şikayətçidirlər. Onların şikayətinə isə cavab verən yoxdur. Binanın komendatı isə liftin işləmədiyini deyərək zibilin üst mərtəbələrdən atılmasını bu yolla əsaslandırıb.

“Binanın lifti işləmir. Hər gün aşağı düşüb zibil ata bilmirlər deyə özümüz demişik ki arxa tərəfə atsınlar zibili”.

Lakin zibilxananın təmizlənməsi məsələsinə gəlincə, heç kim bu məsuliyyəti öz üzərinə götürmür. Ərazidə isə zibillər infeksion xəstəliklər yarada biləcəyi üçün bina sakinləri aidiyyatı qurumları səfərbər etməyə çağırıblar.

Məsələ ilə bağlı Abşeron rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da zənglərimizə cavab verilməyib.

Bina sakinlərinin redaksiyamıza göndərdiyi videomaterialı oxucularımıza təqdim edirik:

Nə düşünürsən?