Tarkandan UNESCO-ya çağırış

  • 18.07.2019
  • 0

Türkiyənin İzmir şəhərinin Çiğli səmtində olan, yüzlərlə quş və heyvana ev sahibliyi edən Təbiət Dərnəyinin Gediz Deltasının UNESCO-nun Dünya Təbiət Mirası elan edilməsi üçün bir çağırış da müğənni Tarkandan gəldi.

AzNews.az xəbər verir ki, məşhur sənətçi Gediz Deltasının görüntülərini əks etdirən bir videonu səsləndirərək kampaniya üçün çağırış edib.

Tarkan verdiyi mesajda deltanın qorunmasının vacibliyini vurğulayıb. O, mesajında bu ifadələri işlədib:

''Gediz deltası İzmir şəhərini var edən qaynaqlardan biridir. Bu gün milyonlarla insanın yaşadığı şəhərdə flaminqolar, pelikanlar, yüzlərlə quş və digər heyvanlar yaşayır.

Gediz Deltası UNESCO Dünya Təbiət Mirası elan edilməli və içindəki canlılarla birlikdə qoruma altına alınmalıdır. Gediz təbiətin bizə əmanətidir. Gediz mirasımızdır''.

Nə düşünürsən?