Şəhriyar “tay-brek“də sevindi

  • 18.07.2019
  • 0

Riqada şahmat üzrə “Grand Prix 2019” seriyasının ikinci mərhələsi davam edir. Latviyada keçirilən yarışda 1/4 final mərhələsinə yekun vurulub. 4 cütdən 3-də qalib tay-brekdə müəyyənləşib.

Şahmatçımız Şəhriyar Məmmədyarov polşalı Kriştof Duda ilə ilk 2 oyunda sülh bağlayıb. Belə də, qrossmeysterimiz də növbəti mərhələyə adlamaq üçün rəqibi ilə 3-cü dəfə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan “Şah” 41-ci gedişdə polşalını təslim olmağa məcbur edib.

1/4 finalın tay-brekə qədər uzanan digər 2 oyununa gəlincə. Uesli So Sergey Karyakini, Aleksandr Qrişuk isə Yu Yanqini mübarizədən kənarlaşdırıb. Xatırladaq ki, yalnız fransalı Maksim Vaşe-Laqrav ilk 2 oyunun nəticəsinə görə rusiyalı Veselin Topalovu üstələyib.

Yarımfinalda Məmmədyarov Uesli So, Vaşe-Laqrav isə Qrişukla münasibətləri aydınlaşdıracaq.

Sözügedən mərhələnin görüşləri iyulun 18-i 20-si aralığında reallaşacaq. Final matçları isə ayın 22-24-də oynanılacaq.

Nə düşünürsən?