Şamaxıda ağır qəza: 6 yaralı var

  • 18.07.2019
  • 0

Şamaxı rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə iyulun 17-də axşam saat 19:00 radələrində Şamaxı-Göylər yolunda qeydə alınıb. 


"QAZ 3110" və "VAZ 21015" markalı minik avtomobillərinin toqquşması nəticəsində Şamaxı və Kürdəmir sakinləri - 1954-cü il təvəllüdlü Kərimov Hücrət Ağasəlim oğlu, 1993-cü ildə anadan olmuş Şükürov Saleh Taleh oğlu, 1996-cı il doğumlu Qəhrəmanov Elməddin Elşad oğlu, 1997-ci il təvəllüdlü Cəfərov Qabil Habil oğlu, 1986-cı ildə anadan olmuş Mürsəlov Elvin Eynulla oğlu, 1990-cı il doğumlu Şükürov Ruslan Balacan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri aldıqları üçün Şamaxı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. 


Yaralıların vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

Nə düşünürsən?