Türkiyədə 8 yaşlı Şəbnəm pulsuzluqdan məktəbə gedə bilmir

  • 18.07.2019
  • 0

Türkiyənin Dənizli şəhərinin Dənizli Mərkəzəfəndi rayonunda yaşayan Azərbaycan vətəndaşı, 8 yaşlı Şəbnəm Beyazhançer maddi durumu pis olduğuna görə məktəbə gedə bilmir.

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə,  34 yaşlı ana Bahar Beyazhançer 2016-cı ildə birinci evliliyindən olan qızı Şəbnəmlə Azərbaycandan Türkiyəyə gələrək 52 yaşlı Murat Beyazhançerə ərə gedib. 

O, ailə qurduğu üçün yaşayış icazəsi ala bilib. O müddətdə hamilə olduğuna görə və ondan sonrakı dövrlərdə maddi imkansızlıq və mövzu barədə tam ətraflı bilgiyə sahib olmadığından qızının yaşayış icazəsi üçün İstanbulda yerləşən Köç İdarəsi Şöbəsinə gedə bilməyib. 

Məlumata görə, Türkiyəyə gəldiyi ilk il bağçaya gedən Şəbnəm 2017-ci ildə birinci sinfə getməli olduğu halda yaşayış icazəsi olmadığına görə bundan məhrum olub. 

Bahar Beyazhançer müraciətində qızının bu probleminin həlli üçün 5 min TL-yə (təxminən 1500 AZN) ehtiyacları olduğunu dilə gətirərək kömək istəyib.

Nə düşünürsən?