Şamaxı rayonunda yol qəzası baş verib.
AvtoReyd.Az «Report»a istinadən xəbər verir ki, hadisə zamanı «VAZ-2115″in sürücüsü Şükürov Ruslan Balacan oğlu da xəsarət alıb. Bununla da qəza zamanı xəsarət alanların sayı 6 nəfərə çatıb.
Qeyd edək ki, hadisə Göylər kəndində qeydə alınıb. «VAZ-2115» və «QAZ-31» markalı avtomobillərin toqquşması nəticəsində Şamaxı sakini, «QAZ-31» markalı avtomobilin sürücüsü, 68 yaşlı Kərimov Hücrət Ağasəlim oğlu, Kürdəmir sakinləri — 26 yaşlı Şükürov Saleh Taleh oğlu, 23 yaşlı Qəhrəmanov Elməddin Elşad oğlu, 22 yaşlı Səfərov Qabil Habil oğlu və 33 yaşlı Mürsəlov Elvin Eynulla oğlu xəsarət alıblar.
Faktla bağlı araşdırma aparılır.