Bakı sakininin aldığı yağ suya çevrilib

  • 17.07.2019
  • 0

Bakı sakini mağazadan 5 kiloqram yağ alıb və əritdikdən sonra cəmi yarım kilo qalıb. Qalan hissəsi isə adi suya çevrilib.

Bununla bağlı görüntünü paytaxtın Nərimanov rayonunda marketlərdən birindən yağ alan şəxs çəkərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərib.

Xezerxeber.az-ın məlumatına görə, kiloqramı 3 manat 50 qəpikdən 5 kiloqram yağ aldığını deyən qadın onu əridən zaman gördükləri mənzərədən şoka düşüb. Belarus yağı kimi satılan məhsul əridilərkən suya çevrilib.

Qadının sözlərinə görə, yağın inanılmaz vəziyyətə düşməsindən sonra onu istifadə etməkdən çəkinərək tullayıb.

Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyindən "Xəzər Xəbər"ə araşdırma aparılacağı bildirildi.

Nə düşünürsən?