Sosial şəbəkələr yenə "çökdü"

  • 17.07.2019
  • 0

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi sosial şəbəkələrin işində yaranmış problemlə bağlı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, sosial şəbəkələrin işində müşahidə olunan nasazlıq qlobal xarakter daşıyır və yerli telekommunikasiya sistemlərindən, həmçinin mobil operatorlardan qaynaqlanmır:

“Populyar internet resurslarının işini təqib edən “Downdetector” xidmətinin məlumatına əsasən, istifadəçilərin 24 faizi sosial şəbəkələrə daxilolma, 75 faizi isə istifadə ilə bağlı problemlə qarşılaşıb.

ABŞ, Monteneqro, Gürcüstan, Serbiya, Bolqarıstan, Yunanıstan, Türkiyə, Bosniya-Hersoqovina, Cənubi Koreya, Makedoniya, İraq, Malayziya, Kipr və digər ölkələrdən olan istifadəçilər “Downdetector” xidmətində adıçəkilən sosial şəbəkələrin çökdüyünü bildirirlər”.

16:39

Ən çox istifadəçisi olan “Facebook” və “Instagram” sosial şəbəkələrinin işində problemlər yaranıb.

Oxu.Az xəbər verir ki, hazırda dünya üzrə sosial şəbəkələrin fəaliyyəti dayanıb və istifadəçilər hesablarına daxil ola bilmirlər.

“Whatsapp”ın işində də müəyyən problemlər müşahidə olunur. Belə ki, istifadəçilər bir-birinə səs, foto və video göndərə bilmirlər.

Problemlərin səbəbləri hələlik məlum deyil.

Nə düşünürsən?