Şəhriyarın “tay-brek“ ümidi

  • 17.07.2019
  • 0

Riqada şahmat üzrə “Grand Prix 2019” seriyasının ikinci mərhələsi davam edir. Yarışda 1/4 final mərhələsinin cavab oyunları təşkil olunub.

Şahmatçımız Şəhriyar Məmmədyarov polşalı Kriştof Duda ilə münasibətləri aydınlaşdırıb. Tərəflər 39-cu gedişdə sülh bağlayıblar. Qrossmeysterlərin ilk oyunu da heç-heçə ilə yekunlaşdığından, tərəflər qalibi müəyyənləşdirmək üçün tay-brekdə üz-üzə gələcəklər.

Xatırladaq ki, şahmatçımız 1/8 finalda rusiyalı Daniel Dubovu məğlub edib.

1/4 finalın digər oyunlarına gəlincə. İlk görüşdə Veselin Topalovu mat qoyan Maksim Vaşe-Laqrav heç-heçə sayəsində mərhələ adlayıb. Sergey Karyakin Uesli So, Aleksandr Qrişuk Yu Yanqi ilə sülh bağlayıb.

Son 2 cütün qalibi də tay-brekdə müəyyənləşəcək

Nə düşünürsən?