Keşikçi dağlarımız, dağ keşikçilərimiz və onlara hücum çəkənlər - videotəhlil

  • 17.07.2019
  • 0

Keşikçidağda baş verən hadisə həm Azərbaycan sərhədçisi, həm də vətəndaşı üçün bir sınaq idi. Sərhədçimiz bu sınaqdan alnıaçıq çıxdı, vətəndaşlarımızın bir qismi isə təəssüf ki, yox. Niyə? Gəlin, baxaq.

Dövlətə olan kini və hikkəsi marazm həddinə çatmış bəzi insanlar dünəndən bəri bu cür fikirləri yaymağa çalışırlar: İnsident göstərdi ki, Azərbaycan sərhədçisi qorxaqdır, gözüqıpıqdır, atəş açmağa hünəri çatmır, çünki Azərbaycan dövləti onun arxasında dayanmayıb, bla-bla-bla... Belədirmi?