Putindən Ermənistana xəbərdarlıq mesajları

  • 16.07.2019
  • 0

Xarici siyasətdə çoxsaylı uğursuzluqlara yol verən işğalçı Ermənistanı bu istiqamətdə yeni ciddi problemlər gözləməkdədir. Belə görünür ki, qarşıdakı dövr ərzində Ermənistana qarşı Qərb və Rusiyanın təzyiqləri daha da artacaq. Çünki hazırda İrəvan nə Qərbə, nə də Rusiyaya doğru meyl edə bilir və bu da hər iki tərəfi, belə demək olarsa, hövsələdən çıxarır. Qərb hesab edir ki, baş nazir Nikol Paşinyana inqilab zamanı göstərdiyi dəstəyə görə İrəvan adekvat addımlar atmır və onunla məsafə saxlayır. Bu da Qərbdə satqınlıq kimi dyərləndirilir. Rusiya da Paşinyanın onun sözünə baxmamasından narazıdır və buna görə İrəvana təzyiqləri artırır.

Nə düşünürsən?