Dilarədən Adnan Oktar haqda şok etiraflar: "Qucağında oturdub..."

  • 16.07.2019
  • 0

Hazırda həbsxanada saxlanılan "ilahiyyatçı" Adnan Oktarla bağlı yeni iddialar səsləndirilib. Səyyar Tv Türkiyə mətbuatına istinadla xəbər verir ki, onun yaxın adamları ifadə verərək Adnan Oktarın pedofilliyə meyilli olduğunu açıqlayıblar. Bu barədə məlumat "Sabah" qəzetinin yazarı Atakan Irmakın məqaləsində qeyd olunub. Onun iddiasına görə Adnan Oktar öz müridlərinə: "yaş fərq etmir, qəşəng qızlar gətirin", "mənim yanıma gələn qızlar alt paltarı geyinməməlidirlər", - kimi tapşırıqlar verib.Dilara Aktunç adlı qadın polisə gedərək Adnan Oktarın ona 6 yaşındaykən təcavüz etdiyini söyləyib. Qadın iddia edib ki, Adnan Oktar 15 yaşından sonra onu zorlayıb. "6 yaşımdan 15 yaşıma qədər hər dəfə Adnan Oktarla görüşə gedəndə mənə qarşı seksual xarakterli hərəkətlər edirdi. Qucağında oturdub, nəbzimi yoxlayıb, qucaqlayıb, öpürdü", - Dilara ifadəsində söyləyib.

Nə düşünürsən?