Türkiyə Aİ-na etiraz etdi

  • 16.07.2019
  • 0

Türkiyə Aralıq dənizində kəşfiyyat işlərini davam etdirəcəyini bildirib

Türkiyə Aralıq dənizinin şərqində karbohidrogen ehtiyatlarının axtarışına dair kəşfiyyat-qazma işləri ilə bağlı Avropa İttifaqının sanksiyalarına kəskin etirazını bildirib. Sanksiyalara baxmayaraq Türkiyə bölgədəki fəaliyyətini davam etdirəcək.

CNN Türk telekanalının xəbər koordinatoru İrfan Sapmaz REAL-a müsahibəsində bildirib ki, Avropa İttifaqının Xarici Əlaqələr Şurasının qərarlarını Türkiyə ciddi hesab etmir. 

Tətbiq ediləcək sanksiya tədbirlərinə gəlincə, hələlik bununla bağlı konkret qərar yoxdur. İrfan Sapmaz deyir ki, sanksiya tədbirləri Türkiyənin verəcəyi qərardan asılı ola bilər.

Qeyd edək ki, AB iyulun 15-də Kiprin azad iqtisadi zonasında aparılan karbohidrogen yataqlarının kəşfiyyatı ilə əlaqədar Türkiyəyə qarşı sanksiya tətbiq edib.

Həmin zonada Türkiyəyə məxsus iki – “Fatih” və “Yavuz” qazma qurğuları yerləşdirilib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şelf yataqlarında kiprli türklərin hüquqlarının ölkəsi tərəfindən qorunmasına hazır olduğunu bəyan edib və yeri gəldikdə hərbi gücdən istifadə ediləcəyini də bildirib.

Nə düşünürsən?