Gömrükçülər hərəkətdə olan avtomobilin təkərlərində pirotexniki məmulatlar aşkar edib

  • 29.11.2017
  • 0

Dövlət Gömrük Komitəsi (DGK) Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "VAZ-21074" markalı minik avtomobilinə kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən Oxu.Az-a verilən məlumata görə, baxış zamanı, xidməti it nəqliyyat vasitəsinin təkərlərinə reaksiya verdiyi üçün avtomobil əsaslı şəkildə yoxlanılıb. Nəticədə, avtomobilin təkərlərinin içərisində 80 ədəd "Big cracker" və 18 ədəd "Draggon eggs cracker" markalı pirotexniki vasitələr aşkarlanıb.

Nə düşünürsən?