Rüfət Axundov və Rəşad İlyasovla bağlı son qərar verildi: həbs...

  • 15.07.2019
  • 0

"Space" televiziyasının efirində işlətdiyi ifadələrə görə müğənni Rüfət Axundov və Rəşad İlyasova qarşı xüsusi ittiham qaydasında verilən şikayətlə bağlı məhkəmə qərarından apelyasiya şikayətinə baxılıb.

Publika.az xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Mirzəli Abbasovun sədrliyi ilə baş tutan prosesdə xüsusi ittihamçı Rahim Sadıqlının şikayəti üzrə qərar elan edilib.

Qərara görə, şikayət təmin olunmayıb.

Qeyd edək ki, xüsusi ittihamçı Rahim Sadıqlı Yasamal rayon Məhkəməsinin çıxardığı qərardan narazı qalıb və apellyasiya şikayəti verib.

Bakı Apelyasiya Məhkəməsinə müraciət edən Rahim Sadıqlı hər iki müğənninin həbs edilməsini istəyib.

Yasamal rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, Rəşad İlyasov və Rüfət Axundova qarşı xüsusi ittiham qaydasında verilmiş şikayət əsassız olduğundan məhkəmə tərəfindən icraata qəbul edilməyib.

Rəşad İlyasovun vəkili Şahmar Məmmədov məhkəmənin verdiyi bu qərarın tam ədalətli olduğunu deyib.

Nə düşünürsən?