Lənkəranda müəllim rekordlar kitabına düşmək istəyir

  • 14.07.2019
  • 0

Lənkəranda yaşayan rəssam qeyri-adi qabiliyyətinə görə rekordlar kitabına düşmək istəyir. O, gözü bağlı halda tarxi şəxsiyyətlərin portretini çəkir.

Xezerxeber.az-ın məlumatına görə, bu qeyri-adi qabiliyyətə malik şəxs Lənkəran sakini Vüsal Cabbarovdur. O, Lənkəranın Sütəmürdov kənd orta məktəbində tarix müəllimi işləyir.Özünü daha çox tarixçi-rəssam kimi tanıtmağa çalışan Vüsal Cabbarov işinə maraq qatmaq üçün qeyri-adi addım atıb. O, tarixi şəxsiyyətlərin portretlərini və dünya xəritəsini gözü bağlı şəkildə çəkir.

Vüsal Cabbarov deyir ki, portreti çəkmək üçün həmin şəxsin şəklinə bircə dəfə baxmaq kifayət edir.

Vüsal Cabbarov bu qeyri-adi qabiliyyətinə görə "Ginnesin Rekordlar Kitabı"na düşmək istəyir. Rəssam bununla bağlı qeydiyatdan da keçib və cavab gözləyir.

Nə düşünürsən?