Sumqayıtda abadlıq-quruculuq işləri davam etdirilir

  • 14.07.2019
  • 0

Sumqayıtın 70 illiyi ərəfəsində şəhərdə abadlıq-quruculuq işləri sürətləndirilib.

Xezerxeber.az-ın məlumatına görə, hazırda şəhərin ən böyük küçəsi asfaltlanır.

Prezident İlham Əliyevin tapşırığına əsasən dövlət vəsaiti hesabına şəhərin Səməd Vurğun küçəsi yenidən qurulur. Asfalt örtüyü çəkilən ərazi şəhərin ən böyük küçəsi hesab olunur. Səməd Vurğun küçəsinə 25 min kvadrat metr asfalt örtüyü çəkilib.

Bununla paralel olaraq digər küçələrdə də asfaltlama işləri görülür.

Bütün bunlar Sumqayıt şəhərinin 70 illiyinə töhfə vermək məqsədi ilə reallaşdırılır.

Bununla yanaşı Muğam mərkəzində və Nizami kinoteatrında da işlər sürətləndirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: