Son dəqiqə:Şəki xan sarayında faciə,xeyli yaralı var

  • 14.07.2019
  • 0

Şəkidə Xan Sarayında baş vermiş hadisə zamanı yaralananların adları açıqlanıb.


Səhiyyə Nazirliyinin məlumatına əsasən, baş vermiş hadisə ilə bağlı xəstəxanaya 19 nəfər müraciət edib. Onlardan 4 nəfərin vəziyyəti ağırdır.


Hadisə zamanı xəsarət alanların siyahısı:


REKLAM



Soltanova Sevinc - 1940-cı il təvəllüdlü, Rusiya vətəndaşı

Soltanova Laçın - 2004, Rusiya

Sara Hasan - 1998, Suriya (sağ budun qapalı travması çanaqda)

Farik al Hasan - 1952, Suriya

Mariya al Hasan - 2003, Suriya

Samira al Hasan - 1965, Suriya

Galia al Hasan - 1988, Suriya

Rəsulova Səbinə - 1983

Məmmədov Elxan - 1993 (onurğanın qapalı travması)

Məmmədova Səkinə - 1998

Teymurova Validə - 1995

Ağayev Fərid - 1996

Məmmədov İlkin - 1995 (ağır dərəcəli kəllə-beyin travması, sağ ayaqda sınıq)

Məmmədova Zemfira - 1994

Naibə Hüseynova - 1968

Cəfərova Məryəm - 1961

Niftəliyeva Könül - 1979

Xasiyeva Yasəmən - 1970

Ağamalıyeva Xatirə - 1987 (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok)


Fövqəladə Hallar Nazirliyinin helikopterləri hazırdır. Paytaxtdan yüksək ixtisaslı həkim briqadaları cəlb olunublar. Ehtiyac olduğu halda yaralılar paytaxta gətiriləcəklər. Digər 15 nəfərə isə ilkin tibbi yardım göstərilib. Vəziyyətləri normaldır.


Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağının qəflətən qırılması nəticəsində həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Son günlər ölkədə müşahidə olunan güclü küləyə dözməyərək Xan çinarının budağının qırıldığı ehtimal edilir.


Hadisə ilə əlaqədar Baş Prokurorluğun 492 55 40, FHN-in 112 və Səhiyyə Nazirliyinin 498 78 46 saylı qaynar xətt əlaqə mərkəzləri yaradılıb.

Baş vermiş hadisə və xəsarət alan şəxslərin müalicələri dövlət başçısının xüsusi nəzarətindədir.

Nə düşünürsən?