Nazirdən çox mühüm əmr

14.07.2019 | 226 | 0

Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmr imzalayıb.

BiG.AZ xəbər verir ki, əmrə görə, 2019-2020-ci tədris ilində ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də bitəcək.

REKLAM

Əmrə uyğun olaraq, dərs ili iki yarımilə bölünür: birinci yarımil - 15 sentyabr - 26 yanvar; ikinci yarımil - 1 fevral - 14 iyun.

Növbəti tədris ilinin tətil günləri də açıqlanıb. Nazirin 2019-2020-ci dərs ilinə aid tədris planlarının təsdiq edilməsi haqqında əmrinə əsasən, aşağıdakı tətillər müəyyən edilib: 

5 gün payız tətili (16-20 noyabr); 25.2. 5 gün qış tətili (27-31 yanvar). 25.3. İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).


__
Xəbəriniz varsa çəkin, göndərin, yayımlayaq
050 249 58 78

Nə düşünürsən?
Yüklənir...