Goranboyda narkotik istehsalçısı saxlanılıb

  • 13.07.2019
  • 0

Goranboy rayonunda narkotik istehsalçısı saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, Goranboy polisinə rayonun Xoylu kənd sakini 52 yaşlı Elman Hüseynovun yaşadığı evin həyətində narkotik tərkibli bitkilər əkib-becərdiyi barədə məlumat daxil olub. Məlumat əsasında Elman Hüseynovun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilib və 24 ədəd çətənə kolu aşkarlanıb. Aqronomların iştirakı ilə bitkilərə baxış zamanı onların aqrotexniki qaydada qulluq edilərək yetişdirildiyi təsdiqini tapıb. Evdə axtarış aparan polis əməkdaşları oradan da külli miqdarda qurudulmuş marxiuana aşkarlayıblar.

Məlum olub ki, E.Hüseynov çətənə kollarının toxumlarını Rusiyadan gətirib və həyətində əkib-becərib, onlara arqotexniki qulluq göstərib.

Saxlanılan şəxs 30 ildən artıqdır ki, narkotik aludəçisi olduğunu və həmin bitkiləri də şəxsi istifadəsi üçün əkib-becərdiyini deyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.