Zaqatalada 43 yaşlı kişini ilan sancıb

  • 13.07.2019
  • 0

Zaqatalada 43 yaşlı kişini ilan sancıb.

Xezerxeber.az-ın məlumatına görə, çaydan balıq tutan rayonun Faldar kənd sakini Cahid Səmədov ilan sancması xəsarəti ilə rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı su ilanı Cahid Səmədovun sağ ayağının baldır nahiyəsindən sancıb. Cahid Səmədova zəruri tibbi yardım göstərilib, ona ilan zəhərinə qarşı vaksinlər vurulub. vəziyyəti orta-stabil qiymətləndirilir.

Həkim Şaban Ramazanov xəstənin vəziyyəti barədə açıqlama verib.

Nə düşünürsən?