Kürdəmirdə yol qəzası olub, xəsarət alanlar var

  • 13.07.2019
  • 0

Kürdəmir rayonunda baş verən yol qəzasında xəsarət alanların kimliyi bəlli olub.


"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bunlar 61 yaşlı Bakı sakini Əliyeva Dilarə Şəmistan qızı, 81 yaşlı Bakı sakini Əliyeva Zəhra Həsən qızı və 15 yaşlı Bakı sakini Əliyeva Nəzrin Habil qızıdır. 


Qeyd edək ki, Ucar istiqamətində hərəkətdə olan “Mercedes” markalı avtomobil idarəetmədən çıxıb. Nəticədə nəqliyyat vasitəsi qarşıda hərəkətdə olan “Lexus” markalı avtomobilə çırpılaraq yoldan çıxıb və aşıb.


Fakt araşdırılır.

Nə düşünürsən?