Yevlaxda meşədə güclü yanğın - Xəsarət alan var

  • 13.07.2019
  • 0

Yevlax rayonunda meşə ərazisində yanğın başlayıb.

“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, yanğın gecə saatlarında qeydə alınıb.

Belə ki, ildırım meşədəki ağacları vurub və bundan sonra yanğın başlayıb. Yerli idarəetmə orqanlarının və meşə təsərrüfatının işçiləri hadisə yerinə cəlb edilib. Yanğının söndürülməsinə eyni zamanda 8 yanğınsöndürən avtomobil də cəlb edilib. Hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı - 1983-cü il təvəllüdlü Vasif Məhərrəmov da tüstüdən zəhərlənib. O, Yevlax rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım bölməsinə çatdırılıb.

"Qafqazinfo" APA-ya istinadən yanğının videosunu təqdim edir

Nə düşünürsən?