Lüks villalara tələbat artıb

12.07.2019 | 0 | 0

İsti yay günlərində otellər və istirahət məkanları ilə yanaşı, hovuzu olan həyət evlərinə də tələbat artıb. Amma tələbin çox olması qiymətlərə də təsir göstərib.

Xezerxeber.az-ın məlumatına görə, hovuzlu lüks villalarda istirahət bəzi hallarda otellərdən də baha başa gəlir. Paytaxtətrafı ərazilərdə istirahət üçün lazımi şəraitlə təchiz olunan villalarda 3 gecə, 4 gün qalmaq istəyənlər 1000 manatdan çox pul ödəməlidirlər.

Turizm üzrə ekspertlər bildirirlər ki, bu cür villalarda əsasən yüksək büdcəli turistlər, xüsusən də ərəb ölkələrindən gələn turistlər ailəvi qalmağa üstünlük verirlər.

Belə villalarda müştərilərə cəlbedici təkliflər edilir. Məsələn, Bakıda şəhər mərkəzinə 3-4 km məsafədə yerləşən bir villada 3 günlük istirahət 1700 manata təklif edilir. Sözügedən villada 4 yataq və qonaq otağı, televizor, kondisoner, hovuz və sauna var. Burada pulsuz park,vifi və qonaqların transfer və bilet servisi də göstərilir.

Paytaxda müştərilərə təklif edilən digər bir villanın 4 günlük qiyməti isə 1900 manatdır. Bura 7 yataq otağı, səhər yeməyi, qonaqlar üçün xüsusi nəqliyyat vasitəsi və iki hovuz daxildir. Onlardan biri uşaqlar, digəri isə böyüklər üçün nəzərdə tutulub.

Ekspert Rəhman Quliyev deyir ki, bölgələrdə olan villaların qiymətləri də paytaxtdan heç də fərqlənmir. İstirahət üçün lazımi xidmətləri olan villalarda qiymətlər 1000-1500 manat arasında dəyişir. Nisbətən ucuz villalar isə 600-800 manatdan təklif edilir.

Nə düşünürsən?
Yüklənir...