Vilayət Eyvazovdan bu şəxsə yüksək vəzifə!

  • 12.07.2019
  • 0

Vilayət Eyvazov “Bandotdel”ə yeni rəis təyin etdi

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.


Oxu.Az-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr verib.


Əmrə əsasən, polkovnik Əbülfət Rzayev BMCMİ-yə rəis təyin edilib. O, bu postda Seyfulla Əzimovu əvəzləyib.


REKLAM



Xatırladaq ki, Ə.Rzayev bundan əvvəl Nəsimi Rayon Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.


Qeyd edək ki, iyulun 5-də Prezident İlham Əliyevin sərəncamı polis general-mayoru Seyfulla Əzimov Daxili İşlər nazirinin birinci müavini təyin edilib.

Nə düşünürsən?