Ermənilərin andiçməsində iştirak edib, erməni hərbçiləri əsir götürən hərbçimiz kim olub?

  • 12.07.2019
  • 0

Raquf İbrahim oğlu Orucov - "Murov qartalı"  Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Qarabağ müharibəsinin qazisi, 2016-cı ildə Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.Oxu24.com xəbər verir ki, bu gün onun doğum günüdür.R.Orucov yaşasaydı, 47 yaşını qeyd edəcəkdi. 


Raquf Orucov 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində anadan olub. Raquf ailəsinin ilk şəhidi deyil. Doğma Ağdamın işğalı zamanı onun anası və 3 yaxın qohumu şəhid olub. O zaman Raquf Ağdamın yaxınlığında – Əsgəran rayonunun Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə iştirak edib. Anası şəhid olanda söz vermişdi ki, bu qisası düşməndən alacaq. O, Azərbaycan Ali Hərbi Məktəbində təhsilini başa vurduqdan sonra yenidən döyüş bölgəsində xidmətini davam etdirib. 

Nə düşünürsən?