3 dəfə ayaq üstə titrəyən Merkel bu dəfə oturdu

  • 12.07.2019
  • 0

Almaniya Kansleri Angela Merkel və Danimarkanın Baş Naziri Mette Frederiksen Berlində danışıqlardan əvvəl himnləri stulda əyləşərək dinləyiblər.  

“Qafqazinfo” “Spiegel Online”a istinadən xəbər verir ki, buna səbəb Merkelin daha öncəki üç rəsmi görüş vaxtı ayaq üstə titrəmə keçirməsidir. Bununla əlaqədar Kansler reqlamentdən kənara çıxıb və himnləri ayaq üstə yox, oturaraq dinləyib.

Bu dəfə təntənəli mərasim A. Merkel üçün xoşagəlməz hadisə ilə yadda qalmayıb. Merkel, himnlər çalındığı vaxt, əllərini sakit vəziyyətdə dizlərinin üstündə saxlayıb. Daha sonra o, qonaqla bərabər əsgərlərin önündən keçib.

Nə düşünürsən?