Əlcəzair yarımfinala penaltilərlə yüksəldi

  • 12.07.2019
  • 0

Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, Əlcəzair yığması Fil Dişi Sahiliylə qarşılaşıb. Matçın əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçəylə başa çatıb. Penaltilər seriyasında daha dəqiq oynayan Əlcəzair yığması yarımfinala adlayıb.

Əlcəzair yarımfinalda Tunislə qarşılaşacaq.

Əlcəzair - Fil Dişi Sahili - 1:1 (pen. 4:3)

Qollar: Sofian Fequli, 20 - Conata Kocia, 62

Nə düşünürsən?