Futbolçunun halı pisləşdi, mətbuat konfransını tərk etdi

11.07.2019 | 0 | 0

Braziliyalı müdafiəçi Eder Militayu “Real Madrid” futbol klubuna keçidi ilə bağlı təşkil olunan mətbuat konfransında sona qədər otura bilməyib.

“Qafqazinfo” xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran futbolçunun gözlənilmədən halı pisləşib. Başgicəllənməsindən şikayətlənən Eder mətbuat konfrasını tərk edib.

Qeyd edək ki, “Real Madrid” 21 yaşlı E. Militayunu “Portu”dan 50 milyon avroya alıb. Futbolçu ilə imzalanan müqavilə 2025-ci il iyunun 30-dək qüvvədə olacaq.

Nə düşünürsən?
Yüklənir...