Müğənni Vüqar: "Ayrılmaqdan yoruldum, evlənməyəcəm"

  • 10.07.2019
  • 0

"Evlənmək istəmirəm, bunu məndən gözləməsinlər. Elə bir niyyətim yoxdur. İki dəfə cəhd etdim, amma alınmadı. Mən də yoruldum".

Bu sözləri müğənni Vüqar Muradov "Bir axşam" proqramında söyləyib. İki dəfə nişan qaytaran sənətçi artıq yorulduğunu etiraf edib:

"Adamı münasibət yormur. Amma sonunda istədiyini almayanda, məyus olursan. Gərək zamanında ayrılasan, uzatmayasan. "Tez münasibət qurum, atamın qucağına nəvə verim" olmamalıdır. Gərək münasibət sağlam olsun. Bir-iki il sonra boşanmaq, uşağın ata-anadan ayrı qalması yaxşı deyil.

Qadının təbisini, təmizini sevirəm. Demirəm ki, əməliyyatsız olsun. İnsan nədəsə narahat ola bilər, onu əməliyyat etdirmək lazımdır. Mən bicliyi sevmirəm. Məni qıcıqlandırır elə insanlar".

Qeyd edək ki, ikinci dəfə Vüqar toyuna bir gün qalmış nişanlısından ayrılıb.

Nə düşünürsən?