Avropalaşan Azərbaycan

  • 10.07.2019
  • 0

Azərbaycan adət ənənələri və müasirliyi özündə cəmləşdirən, Şərqi və Qərbi əks etdirən təkrarolunmaz ölkədir. İldən ilə Avropa İttifaqı və Azərbaycan bir-birinə daha da yaxınlaşır . Bu gün mən Avropa İttifaqı əməkdaşlığımızı daha da dərinləşdirməyə hazır olduğumuzu bir daha vurğuladım. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfərindən sonra öz tvitter səhifəsində azərbaycanca yazdığı bu fikirlər ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərin gələcək perspektivi haqqında əla təəssürat yaradır. Mİlli Məclisin üzvü Asim Mollazadə Reala açıqlamasında Donald Tuskun səfərinin mahiyyətini belə şərh edib. 


Xatırladaq ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsası 1996-cı ilin aprelində Lüksemburqda imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulub. 

1999-cu ildə qüvvəyə minən bu Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Hazırda Aİ Azərbaycanın əsas ticarət partnyorudur, Azərbaycan isə Avropa İttifaqının enerji təhlükəsizlyinin mühüm təminatçılarından biri. 

Nə düşünürsən?