Roberto Karlos "fizika qanunlarını pozan" qolun sirrini açdı

  • 28.11.2017
  • 0

Braziliya yığmasının keçmiş müdafiəçisi Roberto Karlos 1997-ci ildə Fransa komandası ilə yoldaşlıq görüşü zamanı cərimə zərbəsindən vurduğu qolun sirrini açıb. Oxu.Az-ın xəbərinə görə, futbolçunun sözlərini L'Equipe nəşri sitat gətirir. “Top dəqiq qapıdan yan keçirdi, lakin küləyin köməyi ilə o, istiqamətini dəyişdi və dirəyə dəyərək çərçivəyə daxil oldu. Bu möcüzə idi”, - Karlos bildirib. Roberto Karlos Braziliya millisinin heyətində 2002-ci ildə dünya çempionu adını qazanıb.

Nə düşünürsən?