Nigeriyada dinc aksiyaya hücum, ölənlər var

10.07.2019 | 73 | 0

Nigeriya İslami Hərəkatının rəhbəri Şeyx İbrahim Zəkzakinin azadlığı tələbi ilə etiraz aksiyası keçirənlərə hökumət qüvvələri tərəfindən atəş açılıb,nəticədə güllə yarası alan 2 nəfər həyatını itirub, onlarla insan yaralanıb. 
Maide.Az "ABNA"a istinadla xəbər verir ki,  Nigeriya İslam Hərəkatının lideri, hazırda qanunsuz həbsdə saxlanılan Şeyx İbrahim Zəkzakinin səhhətinin pisləşdiyi və ölüm təhlükəsi ilə üz-üzə qaldığı üçün ötən gün Əbucada minlərlə insan etiraz aksiyası keçirib və parlament binasına tərəf yürüş edib. 
Polis və hökumət qüvvələri  etirazçılara bir başa atəş açıb və  polis zirehli maşınları kütlənin üzərinə sürüb, nəticədə onlarla adam yaralanıb. 
Xatırladaq ki, 17 iyun 2019-cu ildə aparılan müayinə zamanı Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşının səhhətində ciddi problemlər aşkarlanaraq bu barədə Kadun vilayəti ali məhkəməsinə ərizə göndərilib.   Şeyx İbrahim Zəkzaki və onun həyat yoldaşı 2015-ci il dekabrın 13-də Nigeriya hərbçilərinin Zaria şəhərindəki hüseyniyyəyə basqını zamanı həbs olunublar.

Maide.Az

Nə düşünürsən?
Yüklənir...