4 minə yaxın köçkün ailəsi üçün yeni qəsəbələr salınacaq

  • 09.07.2019
  • 0

Bakının Pirallahı rayonunda məcburi köçkünlər üçün yeni yaşayış kompleksinin açılışından sonra Prezident İlham Əliyevin tapşırıgına əsasən yeni qəsəbələr də tikiləcək.


Xezerxeber.az-ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib. Onun sözlərinə görə, 4000 -ə yaxın ailə üçün Bakıda və digər bölgələrdə yeni qəsəbələr inşa ediləcək.



Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Birləşmiş Millətlər Təşkilatının ölkəmizdə fəaliyyət göstərən agentliklərinin rəhbərlərinin iştirakı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində "Köçkünlərlə bir gün: heç kim diqqətdən kənarda deyil" adlı tədbir keçirilib.Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai isə Azərbaycanın məcburi köçkünlərin probleminin həllində dünyaya nümunə olduğunu vurgulayıb.



Qulam İshaqzai Qarabağ məsələsinin ədalətli həllinə, qaçqınların və məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması üçün zəruri tədbirlərin görülməsinə beynəlxalq qurumların bundan sonra da dəstək verəcəyini vurğulayıb.



Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?