Tələbə rektordan diplomunu oynaya-oynaya aldı - Bakıda qeyri-adi təqdimat

  • 09.07.2019
  • 0

Bakı Ali Neft Məktəbinin (BANM) növbəti “Məzun günü” keçirilib. 


 


Üçüncü dəfə keçirilən “Məzun günü”ndə SOCAR rəhbərliyinin nümayəndələri, BANM-ın rektoru Elmar Qasımov, BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, Ali Məktəbin professor-müəllim heyəti, ölkəmizdə fəaliyyət göstərən digər ali məktəblərin rektorları, transmilli şirkətlərin rəhbər və təmsilçiləri, Böyük Britaniyanın Heriot-Vatt Universitetinin nümayəndələri, məzunlar, onların valideynləri və qonaqlar iştirak ediblər.


 


Tədbirin ən maraqlı məqamı isə diplomların təqdim olunmasa zamanı baş verib.


 


Tələbələrdən birii rektorun ona təqdim etdiyi diplomu oynaya-oynaya alıb.