Ermənilər cəbhədə təxribat törətdi

  • 09.07.2019
  • 0

Ermənistan ordusu cəbhədə növbəti dəfə təxribata əl atıb.

Xezerxeber.az-ın məlumatına görə, erməni silahlıları Tovuz istiqamətində texnika ilə təsərrüfat işi aparan dinc sakini atəşə tutub.

Biçin ərazisində traktorla ot bağlaması yığan dinc sakin atəşə tutulub. Tovuzun Əlibəyli kənd sakini 35 yaşlı Rəşad Əliyev traktorla iş görən zaman Ermənistan ordusu tərəfindən müntəzəm atəşə məruz qalıb.

Düşmən ordusu dinc sakinləri hədəf almaqla cəbhədə vəziyyəti gərginləşdirir. Kənd sakinləri bildirirlər ki, son bir həftə ərzində həyətyanı sahələrə də ara-sıra atəş açırlar.

Bütün bunlara baxmayaraq, Əlibəyli kəndində həyat öz axarı ilə davam edir. Rəşad Əliyev yenidən taktorunu işə salıb biçin sahəsində işini davam etdirir. Onlar bilirlər ki, cəbhəboyu vəziyyət ordumuzun nəzarəti altındadır. Düşmənin törədə biləcəyi təxribatın qarşısı anında alınacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?