Peşə mərkəzinə qəbul başlayır

  • 09.07.2019
  • 0

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında yaradılan yeni Peşə Təhsil Mərkəzinə 2019-2020-ci tədris ili üzrə tələbə qəbulunun başlanılmasına dair mətbuat konfransı keçirilib.

Mətbuat konfransında mərkəzin direktoru Rəşad Xanlarov bildirdi ki, Mərkəz Koreya təhsil standartları əsasında fəaliyyət göstərəcək və o burada tədris olunacaq ixtisaslardan danisdi

Peşə Təhsil Mərkəzinə qəbul olmaq istəyən şəxslər bu təhsil müəssisəsinin rəsmi saytı vasitəsilə elektron qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi iyulun 25-dək davam edəcək.

Müsabiqə iki mərhələdn ibarə olacaq. Müsabiqənin yekun nəticələri avqustun 14-də elan ediləcək.

Konfransda “Peşə Tədris Mərkəzinin yaradılması” layihəsinin rəhbəri Heo Yo Sydonio peşə təhsili müəssisəsində görülən son tamamlanma işləri və tədris prosesini həyata keçirən müəllimlərin hazırlığı barədə məlumatı jurnalistlərin diqqətinə çatdırıb. Mütəxəssis məlumat verdi ki,

Mərkəz Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş təhsil kompleksi əsas tədris binası, 2 emalatxana, yataqxana, idman meydançası və s. özündə cəmləyir. Qlobal sənaye ehtiyaclarına cavab verə biləcək mərkəz ölkənin ən qabaqcıl sənaye müəssisələri ilə əməkdaşlığa başlayıb.

Nə düşünürsən?