Flora Kərimova uzun fasilədən sonra bunu etdi

  • 09.07.2019
  • 0

Xalq artisti Flora Kərimova “Məni axtar darıxanda”, “Sarı”, “Get, gedirsənsə” mahnıları ilə yutubda məşhurlaşan müğənni Aydın Sani ilə duet ifa edib.

Publika.az xəbər verir ki, bu barədə sənətçi özü instaqramda məlumat verib. O, bildirib ki, bütün mahnılarının sözləri və musiqisi özünə aid olan Aydın Sani ilə “Get, gedirsənsə” kompozisiyasını səsləndirib. Mahnıya hətta ekran işi də çəkilib. Klip yaxın günlərdə təqdim olunacaq.

Flora Kərimova bildirib ki, Aydın Sani ilə “Məni axtar darıxanda” mahnısını dinlədikdən sonra duet oxumağa qərar verib.

“İstədiyim insanlar üçün çox darıxmışdım deyə, “Məni axtar darıxanda” mahsını eşidəndə ürəyim parçalanırdı, onu xaricdə yaşayan oğluma, qızıma və bütün dostlarıma göndərdim. Dostlarıma dedim ki, mənə Aydını tapın, yerdən-göydən hardan tapırsınızsa, təcili tapın. Və beləliklə “Get, gedirsənsə” dueti ərsəyə gəldi”.

Məlumat üçün bildirək ki, Xalq artisti təxminən 5 ildir ki, yeni mahnılar yazdırmırdı.

Nə düşünürsən?