Taxıl biçini davam edir

  • 09.07.2019
  • 0

Azərbaycanda taxıl sahələrinin biçini davam edir. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 170 min hektar çox sahədə biçin aparılıb. Bununla belə, məhsuldarlıq da xeyli yüksək olub. 

“Ölkə ərazisində 97169 hektar ərazidə taxıl biçini aparılıb. 331909 hektar ərazidə arpa, 565260 hektar ərazidə buğda biçini başa çatıb. Ümumılıkdə bu günədək ölkə üzrə 2847162,4 ton taxıl yığılıb, orta məhsuldarlıq hər hektara 31,7 sentner təşkıl edır”

Qurum rəsmisinin sözlərinə görə, bu günədək taxıl sahələrinin 88,3%-i biçilib. İyulun 20-dək 97 faiz sahədə biçinin yekunlaşdırılması nəzərdə tutulub. 

“Ondan sonra təxminən olkə üzrə 30 min hektar taxil sahəsi qalir ki,bunlarada dağliq ərazilərdə yerləşir. Taxılı yetimə müddətindən asılı olaraq biçinin avqustun 15 nə kimi yekunlamasi gözlənilir. Bu müddətə taxil bicnin aqrolizin kombaynlari ilə 3331227 hektar taxil bicilib. Fiziki hüqquqi əxslərəd olan kombaynlarda itrak edir bunlarla da 570 hektar sahədə bicin aparilib”

Vüqar Hüseynov ölkə üzrə daha yüksək və aşağı məhsuldarlığın qeydə alındığı yerləri də açıqlayıb. Bərdə taxıl biçininə görə birinci, Abşeron isə sonuncu yerdə qərarlaşıb.

“Buğda üzrə ən yüksək məhsuldarlıq Bərdə 44,3 sentner. ən aşağı məhsuldarlıq isə Abşeron 18,1 sentner.....” 

Ağdam, Bərdə, İmişli, Masallı, Saatlı, Sabirabad, Salyan, Yevlax, Zərdab, Göyçay, Neftçala, Ağcabədi və Balakəndə taxıl biçini artıq başa çatıb. Ağdaş, Kürdəmir, Tərtər, Füzuli rayonlarında taxıl biçini başa çatmaq üzrədir.

Nə düşünürsən?