Güləşçilərimiz festivala hazırlaşır

  • 09.07.2019
  • 0

Ötən ay İtaliyanın Faenza şəhərində keçirilən Avropa çempionatında uğurla çıxış edən yeniyetmə güləşçilərdən ibarət milli komandamız yenidən bir ara gəliblər. Seçməmiz Bakıda təşkil olunacaq Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqlara başlayıb.

Yunan-roma güləşçilərimiz son təlim-məşq toplanışını Göy-gölkə keçirirlər. Yerli Olimpiya İdman Kompleksində böyük məşqçi Taleh İsrafilov və məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında 22 pəhləvanımız toplanışda iştirak edir.

Sərbəst güləş üzrə müvafiq komandamız yarışa Xaçmaz Olimpiya İdman Kompleksində hazırlaşır.

Yeniyetmə qızlar isə festival üçün məşqləri paytaxtda davam etdirir.

Xatırladaq ki, Avropa Gənclər Yay Olimpiya Festivalı iyulun 21-i 27-i aralığında Bakıda reallaşacaq.

Nə düşünürsən?