Bakı - Tbilisi qatarı qəzaya uğradı: Onlarla sərnişin qatardan çölə buraxılmır

  • 09.07.2019
  • 0

Bakı - Tbilisi qatarı qəzaya uğrayıb.

Oxu.Az xəbər verir ki, hadisə Bakı - Tbilisi dəmiryolu xəttinin Hacıqabul və Kürdəmir rayonları arasından keçən hissəsində baş verib.

Belə ki, qatar hərəkətdə olarkən üzərinə elektrik xətti düşüb. Bunun nəticəsində yanğın başlayıb.

Hazırda qatarda olan sərnişinlər elektrik gərginliyindən xəsarət almasınlar deyə vaqonlardan çölə buraxılmırlar.

Yaralananlar barəsində hələlik məlumat yoxdur.

Hadisə şahidlərinin bizə yolladığı videonu təqdim edirik.

Nə düşünürsən?