Bakıda qəzalı bina uçdu

  • 08.07.2019
  • 0

Paytaxtın Montin qəsəbəsi, Vladimir Mayakovski küçəsində qəzalı vəziyyətdə olan bina uçub. Sakinləri evakuasiya edilən həmin beş mərtəbəli binanın divarının uçması görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Bizimyol.info xəbər verir ki, vətəndaşlar sökülməsi nəzərdə tutulan binanın ətrafında təhlükəsizlik tədbirlərinin görülmədiyini iddia ediblər.

Həmin videogörüntüdə məlum olur ki, ətrafa yığlan sakinlərin binanın uçmasını gözləyir. Binanın bir divarının uçması nəticəsində ətrafı toz bürüyür. Deyilənlərə görə, kənar müdaxilə olmadan binanın divar uçub. Təhlükəsizlik qaydalarına əməl olunması üçün binanın ətrafı hasarlanıb.

Qeyd edək ki, 1934-cü ildə inşa olunan bu bina yataqxana kimi istifadə olunub. İstismar qaydalarının kobud şəkildə pozulması ilə əlaqədar hər iki bina qəzalı vəziyyətə düşüb.

Fövqəladə Hallar Nazirliyi də əlaqədar qurumlarla birlikdə binalara baxış keçirdikdən sonra binaların kəskin qəza vəziyyətində olduğu ilə bağlı rəy verib. Rəydə binaların hər an uçma təhlükəsi var və onların istismarı yolverilməz olduğu göstərilib. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qəzalı binaların sökülərək yerində yeni binaların tikilməsi ilə bağlı müvafiq sərəncam imzalandı.

Uçan qəzalı binanın videogörüntüsünü təqdim edirik:

Nə düşünürsən?