Qəbrə qoyulan andan meyit dirilirmi? - Açılan qəbirlərdən şok görüntü

  • 08.07.2019
  • 0

İnsanlar qəbirdə və digər aləmdə nələr olacağı haqqında hər zaman bir şeylər bilmək istəmişdir. İslamda qəbir dünya ilə axirət arasındakı ara bölgə olaraq adlandırılmışdır. Buna bir çox insan bərzəx aləmidə deyir. Qəbirə qoyulan insanın ruhu o əsnada bədənin içində olmur. 


Oxu24.com xəbər  verir  ki, İnsanı canlı edən şey ruhdur. Buna görədə ölüm, əslində ruhun deyil bədənin sonu sayılmaqdadır. Ölüm deyilən hadisə ruhun bədəndən ayrılmasıdır. Bədəndən ayrılan ruh mələklər tərəfindən təslim alınır. Əgər ölən şəxs yaxşı insandırsa ruhunu rəhmət mələkləri təslim alır. Onu səmanın ən üst nöqtəsinə qədər aparırlar. Ölən insan pis insan isə onun ruhunu əzab mələkləri alar və yerin ən alt təbəqələrinə qədər apararlar.


Ölmüş bədən qəbirə qoyulur. O əsnada qəbirin başındakı din xadimi təlkin deyilən dua bənzəri sözləri deməyə başlayır. Təlkin qəbrdəki ölüyə iman ilə əlaqədar olan həqiqətləri xatırlatmaq üçün deyilən sözlərdir.  Təlkin hadisəsi sadəcə müsəlmanlara xas bir hadisədir. Bütün islam alimləri bu üsuldan istifadə etməyi tövsiyə etmiş və məsləhət bilmişlər. Təlkin oxunduğunda ölü dəfn olunur və yavaş yavaş ölü yaxınları qəbirstanlığı tərk edirlər.  Oxunan təlkinin ölü üçün bir faydası vardırmı? və ya bunu ölü eşidirmi? ALLAh istərsə əlbətdəki eşidər. ALLAH istəməzsə heç kim ölüyə heç nə eşitdirə bilməz. 


Daha sonra hər kəs qəbirstanlığı tərk etdiyində ruh bədənə təkrar göndərilir. Bu əsnada ölən şəxs dirildiyini düşünər və qalxıb getmək istəyər. Bunu etmək istədiyində isə başının altına qoyulan daşa vurar. Bu xalq arasında yayılmış bir inancdır. Buradakı nəzərdə tutulan şey fiziki mənada başını vurmak deyil. Ölüdə bir hərəkət olmaz. 


Ruh bir mənada bədənini izləyər. Ancaq meyid dəfn olunduqda və hər kəs getdikdən sonra ölən şəxs olanların tamamən fərqinə varar. Bundan sonra münkər və nəkir adlanan iki sorğu mələyi sual vermək üçün onun yanına gələrlər. O əsnanda ölən insan yaşarkən etdiyi gözəl əməllər və ibadətlər onu qorumaq üçün ətrafına yığılarlar. Bu vəziyyət ölmüş insanın mənəvi halını göstərən yaxşı bir göstəricidir. 


Mələklər həmin şəxsə ALLAHa imanı, Peyğəmbəri, namazı və digər ibadətlərini soruşar. İnsan dünya həyatında yaxşı bir ömür sümüşdürsə suallara düzgün və gözəl cavablar verər. Yox əgər tam tərsi pis və günah dolu bir ömür sürmüşdürsə bunlara cavab verə bilməz. Bu sorğu-sualdan sonra qiyamətə qədər olacaq zaman dilimində bədən çürümüş ruh isə əzab və ya nemət içərisində olar. Çünki məzar ya cənnət bağçalarından bir bağça yada cəhənnəm çuxurlarından bir çuxurdur. 


Bəzi insanların isə əzabı qısa və yüngül olar. Bəzilərinin isə uzun və ağır keçər. Bəzi insanlarda nemət içərisində olarlar. Bu nemətlər cənnətə bənzər həyatı xatırladar. Amma bildiyimiz cənnət həyatı məhşər günündən sonra meydana gələcəkdir. Qəbir aləmindəki əzab insanın əməllərinə görə dəyişir. Ancaq buradakı əzab qiybət, söz gəzdirmək, təmizliyə riayət etməmək kimi günahlardan meydana gəlir. Buna qul haqqıda daxildir. Ancaq həqiqi mənada bütün hesabların bütün detalları ilə heç bir zərrədə unutulmadan ortaya qoyulması ancaq qiyamətdən sonrakı vaxtda ortaya çıxacaq və buna uyğun rəftar olunacaqdır. 


Bu müddət ərzində yəni qəbirdə keçirəcəyi vaxt ərzində uca ALLAHın icazə verdiyi qədər dünyasını dəyişən şəxs ailəsindən və sevdiklərindən xəbərdar ola biləcək və onların özləri üçün edilən savab əməllər fitrə, zəkat kimi gözəl əməllərdən gələn savabın onlara bağışlanmasından faydalana biləcəklər. 

Nə düşünürsən?