Güclü dolu təsərrüfata ziyan vurdu

  • 07.07.2019
  • 0

Qaxa güclü dolu yağıb.

Oxu.az-ın bölgə müxbiri xəbər verir ki, bu gün axşam saatlarında Şimal-qərb bölgəsində güclü külək və yağış daha sonra doluya çevrilib.

Əlverişsiz hava şəraiti nəticəsində rayonun Zərnə kəndinə dolu yağıb.

Dolu təqribən on dəqiqə davam edib və təxminən qoz iriliyində olub.

Təbiət hadisəsi nəticəsində meyvə ağaclarına ziyan dəyib.

Nə düşünürsən?