Hibrid avtomobillərlə bağlı açıqlama

  • 06.07.2019
  • 0

DGK: Hibrid avtomobillərə rüsumun azaldılması sui-istifadəyə səbəb olar

Hazırda ölkəmizdə 1,5 milyondan çox avtomobil var. Bir neçə il öncəyə qədər Azərbaycana avtomobil idxalında illik nəticə olaraq böyük rəqəmlər göstərilirdisə . Hazırda bu rəqəm 20 mindən bir qədər çoxdur. İdxalda nəzərə çarpacaq dəyişiklik isə hibdrid avtomobilləri ilə bağlıdır. 2016-ci ilə qədər Azərbaycanın avtomobil bazarına və yollarına doğma olmayan hibrid maşınlarının idxalında artım son üç ildə 50 dəfədən çox artıq. 2017-ci ildə vur tut 5 ədəd gətirilən hibrid avtomobillərin sayı bu ilin təkcə 6 ayı ərzində 285 ədəd olub.

Hibrid avtomobillərin idaxlı:

2017-ci il 5 ədəd

2018-ci il 146 ədəd

2019-cu il (6 ay) 285 ədəd

Dövlət Gömrük Komitəsinin proqnozlarına görə Azərbaycana hibrid avtomobil idxalı 2019-cu ilin sonunə qədər 2 dəfə arta bilər. Dövlət Gömrük Komitısi bütün dünyada ekonom və ekologiyaya ziyansız hesab edilən hibrid avtomobillərin ölkəyə gətirilməsində ödənilən gömrük rüsumu haqqında REAL-ın sualını da cavablandırdı.

Qeyd edək ki, əksər ekspertlər ölkəyə gətirilən hibrid avtomobillərin gömrük rüsumunun, yanacaqla çalışan maşınların rüsumu ilə eyni olmasının düzgün hesab etmirlər. Səbəb isə dünya praktikasıdır. Əksər ölkələr hibrid avtomobillərin idxalını stimullaşdırmaq üçün gömrük rüsumunu azaldıb.

Nə düşünürsən?