Bu qadın özünü at kimi aparır

06.07.2019 | 40 | 0

Norveçdə yaşayan gənc qadının atlara olan sevgisi onun at kimi hərəkət etməsinə səbəb olub.

Metbuat.az xəbər verir ki, Ayla Kristin adlı gənc qadın "İnstagram" hesabından paylaşdığı görüntülərlə izləyicilərin marağına səbəb olub. Belə ki, Kristin at kimi qaçır, əngəllərin üzərindən atlayır. O at kimi elə məharətlə hərəkət edir ki, uzaqdan görənlər bir atın yaxınlaşdığını zənn edirlər.

Lakin onun bu hərəkətini sosial mediada birmənalı qarşılamayanlar da olub. Yazılan rəylərdən sonra hətta Kristin hesabını bağlamaq məcburiyyətində qalıb. Bəziləri isə "Əla istedaddır", "Sevdiyi şeyi et!" deyə şərhlər yazaraq ona dəstək veriblər.

Onun at kimi hərəkət etmə bacarığı dünya mediasında da yer alıb və onu "At qadın" kimi tanıyırlar.

"4 yaşım olanda itləri çox sevirdim və it olmaq istəyirdim. Atlara sevgim yaranandan sonra isə at kimi hərəkət etməyə başladım" - deyən Kristin "Necə edirsiz ki, zədələnmirsiz?" sualına belə cavab verib: "Düzü bunu özüm də bilmirəm, amma bədənimdə ağrı yoxdur".

Nə düşünürsən?
Yüklənir...