Bakıdakı taxıl anbarları dərmanlanır

  • 05.07.2019
  • 0

Xüsusi geyimdə olan şəxslər saxlama anbarları ətrafında dərmanlama işləri aparır.

Bununla yanaşı istehsal sahəsində olan avadanlıqlar da dərmanlanması üçün sökülüb. Görüntülər ''Bakı Taxıl Terminalı''ndandır. Kənd Təsərrüfatı Nazirliyi Yanında Aqrar xidmət Agentliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə terminalda taxıl saxlanma və istehsal yerlərində, tədarük bazalarında zərərvericilərə qarşı tədbirlərə başlayıb. Zərərvericilərin və bitki xəstəlik törədicilərinin zəhərli buxar və ya qazlarlaməhv edilib

Aqrar Xidmət Agentliyinin Fumiqasiya dəsdəsinin rəisi Yaqub Səfərli deyir ki, zərərvericilər olan anbarlarda saxlanılan məhsulun çəkisi azalır, keyfiyyəti düşür və müxtəlif mikroblarla çirklənir. Belə məsuları qida və ya yem məqsədi ilə istifadə etmək olmaz. Buna görə də, belə zərərvericilərə qarşı mütəmadi olaraq qabaqlayıcı tədbirlər görülməlidir

Qeyd edək ki, 400 növdən artıq anbar zərərvericiləri mövcuddur. Bu zərərvericilər hər il dünyada 65 mln ton ərzaqlıq və toxumluq dəni məhvedir.

Nə düşünürsən?