Prezidentin yeni yaratdığı qurum nə iş görəcək?

05.07.2019 | 1 | 0

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri Observatoriyasının görəcəyi işlər müəyyənləşib.

Əmək və Əhalinin Sosial Müdafiəsin Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdir müavini Rəna Abdullayevanın sözlərinə görə,adıçəkilən qurum strateji məşğulluq sahələrinin müəyyən edilməsində, həmçinin vakansiyalar bazasının və əmək ehtiyatları balansı üzrə əldə edilmiş məlumatların əlaqələndirilmiş təhlilində, kadr tələbatının proqnozlaşdırılması sahələrində mühüm rol oynayacaq.

Eyni zamanda, observatoriya sosial müdafiə sahəsini də əhatə edəcək. Bu sahədə geniş təhlil və araşdırmaların aparılması, dəqiq proqnozların verilməsi işlərini də yerinə yetirəcək.

Nazirlik rəsmisi bildirib ki, Milli Observatoriya Azərbaycanda əmək, məşğulluq, sosial müdafiə sahələrində islahatların həyata keçirilməsində, əmək bazarı və sosial müdafiə proqramlarının səmərəli və məqsədyönlü təşkilinə təkan verəcək. Ölkəmizdə belə bir sistemin qurulması üçün ötən dövrdə bir çox inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilib, aparıcı beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq çərçivəsində müzakirələr aparılıb.

Nə düşünürsən?
Yüklənir...