Bakıda yeni mənzillər ucuzlaşır, həyət evləri isə bahalaşır

  • 05.07.2019
  • 0

Həm təkrar,həm də yeni mənzil bazarında qiymətlər artıb.Qiymət artımı torpaq bazarında da özünü göstərib.


Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlının sözlərinə görə,araşdırma zamanı ötən aylarla müqaisədətəkcə təkrar mənzil bazarında 1,4% qiymət artımının qeydə alındığı məlum olub.Qiymətin artmasının isə müxtəlif səbəbləri var.


İlkin mənzil bazarında yeni tikilən yaşayış binalarında da qiymət artımı müşahidə olunur.Qiymət artımının bundan sonra da 5-10 faiz artacağı gözlənilir.


Torpaq sahəsi alıb ev tikmək istəyənlər isə bir müddət gözləməli olsalar daha yaxşı olar.Çünki torpaq bazarında da qiymət artımı özünü göstərib.


Ramil Osmanlı bildirdi ki,Torpağın qiymətinin artması təbii olaraq həyət evlərininin də qiymətinin artamasına səbəb olub. Bağ evlərində də, təqribən, eyni dərəcədə qiymət artımı nəzərə çarpıb. Artımın daha çox olduğu ərazilər Mərdəkan, Şüvəlan, Novxanı, Bilgəh kimi inzibati mərkəzlərə qismən yaxın və infrastruktur baxımından daha əlverişli olan ərazilərdir. Ekspertin fikrincə qiymət artımının olması qısamüddətli bir prosesdir və təxminən sentyabrın əvvəllərində yenidən əvvəlki səviyyəsinə qayıdacaq.

Nə düşünürsən?