“Şah“ın süqutu davam edir

  • 05.07.2019
  • 0

Xorvatiyada “Grand Chess Tour 2019” seriyasının ikinci mərhələsi başa çatmaq üzrədir.

Paytaxt Zaqrebdə reallaşan şahmat yarışının 8-ci turunda qrossmeysterimiz Şəhriyar Məmmədyarov hollandiyalı Aniş Qiri ilə üz-üzə gəlib. Şahının toxunulmazlığını qoruya bilməyən təmsilçimiz, məğlubiyyətlə barışıb.

Beləliklə, 8 oyunun 5-də sülh bağlayıb, 3-də uduzan Məmmədyarov aktivindəki 2 xal yarımla Hikaru Nakamurayla birgə 11-ci 12-ci yerləri bölüşür.

Şahmatçımız 9-cu turda hindistanlı Vişvanatan Anandla münasibətləri aydınlaşdıracaq.

Nə düşünürsən?